"Şalke" üçillik fasilədən sonra yenidən Almaniya Bundesliqasına qayıdıb.
Offsideplus.az xəbər verir ki, ötən gecə doğma meydanı olan "Veltins Arena"da "Fortuna Düsseldorf"u 1:0 hesabı ilə məğlub edən klub, ikinci divizondakı üçillik mübarizəsini başa vurub.
"Fortuna" üzərindəki bu qələbə ilə məğlubiyyətsizlik seriyasını 12 oyuna çatdıran "Şalke", üçüncü pillədə qərarlaşan "Hannover" ilə xal fərqini 10-a yüksəldib.
Komandanın cari mövsümdə ev oyunlarında nümayiş etdirdiyi möhtəşəm performans Bundesliqaya yüksəlməsində həlledici rol oynayıb.


