Daniil Medvedev Karlos Alkarasın 2026-cı ildəki mükəmməl startına son qoyub.
Offsideplus.az xəbər verir ki, dünya bir nömrəsini 6-3, 7-6 (3) hesabıyla məğlub edən rusiyalı tennisçi "Indian Uells" turnirinin finalında Yannik Sinnerlə qarşılaşmaq hüququ qazanıb.
22 yaşlı Alkaras bu il məğlub olmamışdı - 16-0.
Medvedev isə özünün qələbə seriyasını 9 matça çatdırıb.
Onun finaldakı rəqibi Sinner isə Aleksandr Zverevi məğlub edərək həlledici oyuna vəsiqə qazanıb - 6:2, 6:4.
Final bu gecə Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.


