İsveçli Olimpiya və dünya çempionu Armand "Mondo" Dyuplantis ötən axşam İsveçin Uppsala şəhərində özünün təşkil etdiyi "Mondo Classic" turnirində sırığla tullanma üzrə dünya rekordunu yeniləyib.
Offsideplus.az xəbər verir ki, o, bu dəfə 6,31 metr hündürlüyə tullanıb.
Yeni rekord, onun 2025-ci ilin sentyabrında Tokioda keçirilən Dünya Çempionatında müəyyən etdiyi rekorddan bir santimetr daha yüksəkdir. Dyuplantis həmin hündürlüyü ilk cəhdində aşmağa müvəffəq olub.
Bu, onun karyerasında 15-ci dəfə sırığla tullanma üzrə dünya rekordunu yeniləməsi idi. O, ilk dəfə 2020-ci ilin fevralında 6,17 metr hündürlüyü aşaraq rekorda imza atmışdı.
O vaxtdan bəri o, rekordu hər dəfə bir santimetr artırır.


