UFC-də növbəti döyüşlər açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Xamzat Çimayev mayın 9-da kəmərini qoruyacaq.
O, UFC328 tədbirində Şon Striklendlə döyüşəcək.
Bu, Xamzatın orta çəkidə ilk kəmər qoruma döyüşü olacaq.
O, MMA karyerasında indiyə qədər məğlub olmayıb.
Ş. Striklend isə hələ ötən ay oktaqona çıxıb və Entoni Ernandesi texniki nokaut edib.


