Norveçli ulduz hücumçu Erlinq Haaland bu yay "Mançester Siti"dən ayrılmaq istəyir.
Offsideplus.az xəbər verir ki, o, "Real Madrid"ə keçidə ciddi maraq göstərir. Məlumatlara görə, oyunçu "Real Madrid"dən gələcək təklifə açıqdır və fürsət yarandıqda bu transferə razı ola bilər.
"Real Madrid" prezidenti Florentino Perez uzun müddətdir Erlinq Haalandı komandaya cəlb etmək istəyir. Perezin uzunmüddətli planı Kilian Mbappeni və Erlinq Haalandı birlikdə "Bernabeu"da hücum xəttinin başında görməkdir. Bu iki superulduzun birgə oynayacağı hücum "Real Madrid"in gələcək illərdə dominantlığını təmin etmək üçün ideal variant kimi qiymətləndirilir.
Erlinq Haaland hazırda "Mançester Siti"də müqaviləsi 2034-cü ilin yayına qədərdir, lakin sərbəstqalma maddəsi və ya danışıqlar yolu ilə transferin reallaşması mümkündür.
"Mançester Siti" rəhbərliyi oyunçunu saxlamaq istəsə də, Haalandın özü "Real Madrid" kimi tarixi klubda oynamaq fürsətini yüksək qiymətləndirir.


