Azərbaycan Basketbol Liqasında (ABL) XIX turun qarşılaşmaları keçirilir.

Offsideplus.az xəbər verir ki, bu gün tək oyun baş tutacaq.

B qrupunda sonuncu yerin sahibi olan "Lənkəran" "Quba"nı qəbul edəcək.

Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək matç saat 15:00-da start götürəcək.

Qeyd edək ki, tura ötən gün start verilib. "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" "Sərhədçi"ni (83:67) məğlub edib.