Usman Dembelenin bu cümə günü “Monako”ya qarşı oyunda meydana qayıtması gözlənilir.

Offsideplus.az xəbər verir ki, fransalı futbolçu bugünkü kollektiv məşqdə normal şəkildə iştirak edib və mövsümünü yenidən canlandırmaq üçün hazırdır.

Klubun tibbi heyəti onun oyun vaxtını mərhələli şəkildə artırmağı planlaşdırır. Məqsəd futbolçunun komandaya tam uyğunlaşmasını təmin etmək və onu Çempionlar Liqasının 1/8 final mərhələsində “Çelsi”yə qarşı oyuna hazır vəziyyətə gətirməkdir.