"Fənərbağça"nın futbolçusu Arçi Braun zədələnib.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı sol cinah müdafiəçisi 2 ay meydanlardan uzaq qalacaq.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

A. Braun bu yay "Fənərbağça"ya transfer olunub. İstanbul klubu onun üçün "Gent"ə 8 milyon avro ödəyib.

O, burada 25 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.