"Neftçi"nin baş məşqçisi Yuri Vernidub ötən gün keçirilən "Sumqayıt"la matçda yeni komandasında debüt edib.
Offsideplus.az xəbər verir ki, o, Azərbaycan çempionatında çalışan 10-cu ukraynalı mütəxəssis olub.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Ümumilikdə indiyə qədər Azərbaycan çempionatında 69 əcnəbi mütəxəssis çalışıb.
Vernidub eyni zamanda "Neftçi"nin Azərbaycan çempionatlarında 33-cü baş məşqçisi kimi tarixə düşüb. O, "ağ-qaralar"ın 3-cü ukraynalı çalışdırıcısı olub.



