"Kəpəz" klubu Misli Premyer Liqasında 18 ildir edilməyəni, edib.
Offsideplus.az xəbər verir ki, onlar ilk on beş turda bir dəfə belə heç-heçəyə imza atmayıb.
Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Gəncə təmsilçisi 3 qələbə qazanıb, 12 dəfə isə məğlub olub.
Sonuncu belə hadisə 18 il əvvəl baş verib. "Gənclərbirliyi" çempionatın ilk on beş turunu bərabərliksiz başa vurub.
Ümumilikdə isə bu hal 14-cü dəfə yaşanıb.



