2025-ci il üçün dünyanın ən yaxşı gənc (U-20) futbolçularının adları bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda öz əksini tapıb.
İspaniya millisinin və “Barselona” klubunun hücumçusu Lamin Yamal siyahının birincisidir. Hücumçunun 233 xalı var.
PSJ klubunda forma geyinən Dezire Due 90 xalla ikinci, “Çelsi”nin futbolçusu Estevao isə 50 xalla üçüncü yerdə qərarlaşıb.



