Dallas Mavericks klubunda çıxış edən Kuper Fleqq NBA-in tarixinə keçib.

Offsideplus.az xəbər verir ki, o, 18 yaşında 40 və ya daha çox xal atmağı bacaran ilk NBA oyunçusu olub.

K. Fleqq bunu Utah Jazz ilə oyunda bacarıb. Onun komandası məğlub olsa da, gənc oyunçu rəqibin səbətinə 42 xal atıb.

Qeyd edək ki, Fleqq builki NBA draftının bir nömrəsidir.