"Bayern Münhen" müdafiəçisi Dayot Upamekano ilə yeni müqavilə danışıqlarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, fransalı futbolçunun menecmenti mövsümlük 16 milyon avro maaş2 milyon avroya qədər bonuslar tələb edir.

Danışıqlarda əsas anlaşılmazlıq isə futbolçunun düşərgəsinin müqaviləyə sərbəstqalma dəyərini daxil edilməsini istəməsidir. Müzakirə olunan sərbəstqalma dəyərinin məbləği 65 milyon avro təşkil edir və maraqlı klublar bu məbləği yeni müqavilənin ikinci ilindən etibarən aktivləşdirə bilərlər.

Bundan əlavə, Upamekano yüksək imza pulu da tələb edir. Buna baxmayaraq, "Bayern" rəhbərliyi fransalı müdafiəçi ilə razılığa gələcəklərinə dair nikbindir və danışıqlar müsbət istiqamətdə davam edir.