Almaniyanın "Bavariya" komandasının qapıçısı Manuel Noyer zədələnib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
O, Bundesliqanın XIV turunda "Maynts”la ( 2:2 ) keçirilmiş matçda budundan xəsarət alıb.
39 yaşlı qolkiper dekabrın 21-də "Haydenhaym"la baş tutacaq ilin son görüşünü buraxmalı olacaq.
Qeyd edək ki, M.Noyer 2011-ci ildən "Bavariya"nın formasını geyinir. O, komandasının heyətində ümumilikdə 581 matç keçirib.



