Nasruddin İmavov mümkün Xamzat Çimayev döyüşü barədə danışıb.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı idmançı bu döyüşün qaçınılmaz olduğunu bildirib:

"Buradan baxanda bunu anlamaq əlbəttə çətindir, amma bu, Qafqaz dağlarında böyük səs-küy yaradacaq bir döyüşdür. Anama zəng edib bu döyüş barədə nə düşündüyünü soruşdum. O, MMA haqqında ümumiyyətlə heç nə bilmir. Dedi ki, belə bir döyüş olmamalıdır, iki qardaş arasında olmamalıdır. Ona görə də bizim üçün bu, mürəkkəb bir vəziyyətdir.

Amma eyni zamanda başqa seçimimiz də yoxdur. Bir-birimizi çox yaxşı tanıyırıq. Khamzat yaxşı insandır; Allenlə döyüşümə hazırlaşarkən mənə xeyli kömək etdi. Ona minnətdaram. Bilirik ki, indi növbə mənimdir. UFC ilə danışmışıq. Onlar döyüşü fevral ayında keçirmək istədiklərini dedilər".

Qeyd edək ki, X.Çimaye hazırda UFC-də yüngül ağır çəki dərəcəsində kəmərin sahibidir. N. İmavov isə son 5 döyüşündə qələbə qazanıb və növbəti qarşılaşmasının kəmər döyüşü olacağı gözlənilir.