Azərbaycanlı döyüşçü Tofiq Musayev (23-6) UFC-də yenidən oktaqona çıxacaq və Samuel Sançes (11-1, Braziliya) ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, döyüş "UFC Vegas 115" tədbiri çərçivəsində baş tutacaq.
Keçmiş Rizin çempionu Musayev UFC-də debütündə Mıktıbek Orolbai qarşısında aldığı ağır məğlubiyyətdən sonra diqqət mərkəzindədir.
Onun rəqibi Sançes isə UFC-də debütünü edəcək və 9 ardıcıl qələbə seriyasını davam etdirməyə çalışacaq.
Tarix: 4 aprel 2026, şənbə
Məkan: Las Veqas, ABŞ


