“Qalibiyyət münasibətilə oyunçuları, azarkeşləri təbrik edirəm”.

Offsideplus.az xəbər verir ki, bu sözləri mətbuat konfransında “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında deyib.

Mütəxəssis Misli Premyer Liqasının 18-ci turunda “Zirə”yə qarşı keçirdikləri matç haqqında fikirlərini bölüşüb: “Oyundan öncə nə planlaşdırmışdıqsa, meydanda icra etdik. Futbolçular möhtəşəm, gözəl performans sərgilədilər.

Demək olar ki, oyunun taleyi birinci hissədə həll olmuşdu.Düzdür, daha çox qollar vura bilərdik. Ancaq nəzərə almaq lazımdır ki, “Zirə” də çox yaxşı komandadır. İkinci hissədə isə nisbətən balanslı oyun getdi və rəqib ilk qolunu vurdu”.

Baş məşqçi növbəti həftənin çətin keçəcəyini vurğulayıb:

“Qarşıda bizi ağır həftə gözləyir. Üç çətin oyunumuz var. Normal insanlar üçün bazar istirahət günüdürsə, bizim üçün növbəti həftənin başlanğıcıdır”.

Qeyd edək ki, turnir cədvəlinə 43 xalla "Sabah" başçılıq edir. 29 xalı olan "Zirə" 5-cidir.