Bu gecə “Nyukasl Yunayted”ın “Barselona” üzərində qələbəsi klub tarixində unikal hadisə ola bilər.
Offsideplus.az xəbər verir ki, “Nyukasl” indiyədək heç vaxt UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlməyib. Klubun bu turnirdə ən yaxşı nəticəsi 2002/03 mövsümündə ikinci qrup mərhələsi, 1997/98 və 2023/24 mövsümlərində isə qrup mərhələsi olub.
Qeyd edək ki, “sağsağanlar” Avropa Liqası (keçmiş UEFA Kuboku) çərçivəsində 1/4 finala qədər irəliləsələr də, Çempionlar Liqasında bu mərhələyə çatmaq onlar üçün hələ də əlçatmaz olub.
Bu baxımdan, baş məşqçi Eddi Hauun komandası üçün bu günkü mümkün qələbə klub tarixində yeni səhifə aça bilər.


