UEFA Çempionlar Liqasında 1/8 finalın cavab oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, "Barselona" doğma "Nou Kamp"da "Nyukasl"ı qəbul edib.
İlk görüş 1:1 hesabla başa çatmışdı. Bu görüşdə 7:2 hesabla qalib gələn katalonlar iki oyunun cəmində 8:3 hesablı qələbə ilə 1/4 finala yüksəldilər.
Onların bu mərhələdə rəqibi "Atletico Madrid" - "Tottenhem" cütünün qalibi olacaq.


