Azərbaycan yığmasının keçmiş futbolçusu Zaur Ramazanov Misli Premyer Liqasındakı çempionluq mübarizəsini "Offsideplus.az"a dəyərləndirib.

O, "Sabah"ın üstünlüyünü əldən verməyəcəyini düşünür:

"Sabah" 4 xal öndədir, nə qədər çətin olsa da mənə elə gəlir ki, çalışacaqlar ki, fərqi saxlasınlar.

"Qarabağ"ın isə bu fərqlə razılaşacağını düşünmürəm. Oyunlarla bağlı əvvəldən nəsə demək olmur,

bəzən çox fərqli oyunlar alınır. Amma onu bilirəm ki, "Sabah"da bu şansı əldən verməyəcək. Birdə belə şans nə vaxt ələ düşər".

Z. Ramazanov "Neftçi"nin hazırki durumu barədə də fikirlərini bildirib:

"Neftçi"ni tanımaq olmur. Məşqçilər dəyişir, oyunçular dəyişir, amma nəticələr dəyişmir. "Neftçi"də xoşagələn şeylər görmürəm. "Neftçi"dir də bir oyun udur, beş oyun uduzur. "Neftçi" qeyri-stabil komandadır".