"Liverpul"un baş məşqçisi Arne Slot, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Qalatasaray"a qarşı keçiriləcək matçdan öncə iddialı danışıb.
Offsideplus.az xəbər verir ki, İlk oyunda səfərdə 1-0 hesabı ilə məğlub olan komanda, doğma meydanda bu nəticəni dəyişməyə çalışacaq.
"Liverpul" bu mövsüm "Qalatasaray"la qarşılaşdığı hər iki oyunda (qrup mərhələsi və 1/8 finalın ilk oyunu) 0:1 hesabı ilə uduzub.
Son vaxtlar komandanın zəif çıxışı və "Tottenhem"lə heç-heçədən sonra azarkeşlərin narazılığına baxmayaraq, Slot fanatların sabahkı oyunda komandanı sona qədər dəstəkləyəcəyinə inanır.
Niderlandlı mütəxəssis tənqidləri anladığını, lakin qələbənin hər şeyi dəyişə biləcəyini qeyd edərək, komandanın oyuna tam hazır olduğunu bildirib:
"Qələbə çox şeyi dəyişə bilər. Biz sabah buna nail olmaq üçün tam hazırıq".


