AFFA nümayəndələri Rumıniyanın paytaxtı Buxarestdə UEFA tərəfindən təşkil olunan "Oyun təhlilinə dair Share seminarı"na qatılıblar.
Offsideplus.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə UEFA-nın Texniki İnkişaf departamentinin mütəxəssisləri ilə yanaşı, Azərbaycan, Niderland, Malta və Portuqaliya kimi ölkələrin futbol federasiyalarının nümayəndə heyətləri iştirak ediblər.
Ölkəmizi bu seminarda Məşqçilik Təhsili şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov təmsil edib.
İclasda oyunların müasir metodlarla təhlili, bu sahədəki yeni tendensiyalar və gələcəkdə peşəkar analiz mütəxəssislərinin yetişdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.


