AFFA-nın beynəlxalq hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibinin müşaviri Frank De Blekere UEFA-dan növbəti təyinatını alıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Barselona"  – "Nyukasl" matçında hakim-inspektor funksiyasını yerinə yetirəcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, bu gün "Nou Kamp" stadionunda baş tutacaq qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.