UEFA Çempionlar Liqasında 1/8 finalın ilk cavab oyunu keçirilib.
Offsideplus.az xəbər verir ki, "Sportinq" klubu evdə "Bodo/Glimt"i qəbul etdi.
İlk görüşdə norveçlilər 3-0 hesabla qalib gəlmişdilər. Bu oyunda isə portuqallar möhtəşəm geridönüşə imza atdılar və 5-0 hesabla qalib gələrək, iki görüşün cəmində 5-3 hesablı nəticəyə imza atdılar.
Nəticədə "Sportinq" 1/4 finala ilk yüksələn klub oldu.


