"Bayer Leverkusen"in baş məşqçisi Kasper Hjulmand Çempionlar Liqasının 1/8 final cavab matçı ərəfəsində "Arsenal"a qarşı inamını ifadə edib.

Offsideplus.az xəbər verir ki, danimarkalı mütəxəssisi deyib: "Burada qələbə qazana biləcəyimizə və bu yarışda irəliləyə biləcəyimizə inamlıyıq."

Qeyd edək ki, ilk matç 11 martda "BayArena" stadionunda 1:1 hesabı ilə başa çatıb. "Bayer Leverkusen" Robert Andriçin qolu ilə önə keçsə də, Kai Havertzin 89-cu dəqiqədə penaltidən vurduğu qol "Arsenal"a bərabərlik gətirib.

Bu nəticə ilə ikili qarşılaşma hələ də açıq qalıb və cavab oyunu Londonun" Emireyts"stadionunda keçiriləcək.

Hjulmand əlavə edib ki, komandası ilk matçda "Arsenal"a çox şans verməyib və ikinci görüşdə də eyni dominantlığı göstərməyə çalışacaqlar. Leverkusenli məşqçi komandasının "aclıq" və motivasiyası ilə sürpriz edə biləcəyinə inanır.