Bakıda UEFA Grow proqramı çərçivəsində milli assosiasiyalara dəstək məqsədilə Strateji Kommunikasiyalar üzrə seminar keçirilib.

Offsideplus.az xəbər verir ki, UEFA-nın Kommunikasiyalar Bölməsi tərəfindən təşkil olunan iki günlük tədbirdə AFFA-nın imic və reputasiyasının gücləndirilməsi, strateji prioritetlərin planlaşdırılması və hədəf auditoriyanın müəyyənləşdirilməsi kimi mövzular ətrafında müzakirələr aparılıb.

Seminar zamanı Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq turnirlər üçün kommunikasiya yanaşmaları, yarışların təşviqi və təşkili məsələlərinə toxunulub. İştirakçılar interaktiv qrup işlərində yerli və beynəlxalq təcrübələri müqayisə edərək praktiki həll yollarını nəzərdən keçiriblər.