"Bayern Münhen" yayda heyətini daha da gücləndirməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi bir neçə müddətdir Entoni Qordonla danışıqlar aparır.

Baş məşqçi Vensan Kompani də bu keçidə razılığa verib.

Bu barədə "Sky DE" məlumat yayıb.

Qordon 2023-cü ilin yanvarından "Nyukasl"da çıxış edir. O, cari mövsüm Çempionlar Liqasında 12 oyuna 10 qol vurmağı bacarıb.

"Transfermarkt" portalına görə, onun bazar dəyəri 60 milyon avrodur.