“Sabah” Misli Premyer Liqasında 2025/2026 mövsümünün çempionu olub.
Offsideplus.az xəbər verir ki, paytaxt klubu ölkəmizi növbəti mövsüm Çempionlar Liqasında təmsil edəcək.
“Bayquşlar” turnirə I təsnifat mərhələsindən başlayacaq.
“Sabah” püşkatmada səpələnməmişlər sırasında yer alır. Artıq onların bəzi potensial rəqibləri də məlumdur:
Bunlar “Kayrat” (Qazaxıstan), “Şemrok Rovers” (İrlandiya), “Kuopio” (Finlandiya), “Linkoln” (Cəbəllütariq), “Vikinqur” (İslandiya), "KuPS" (Finlandiya), “Riqa” (Latviya), “Klaksvik” (Farer adaları), “Flora” (Latviya), “Larne” (Şimali İrlandiya) və “Nyu Sents”dir (Uels).
Qeyd edək ki, Çempionlar Liqasının ilk təsnifat mərhələsinin oyunları 7-8 və 14-15 iyul tarixlərində oynanılacaq.


