"Barselona" baş məşqçisi Hansi Flikin müqavilə müddətini uzadacaq.

Offsideplus.az xəbər verir ki, tərəflər bu barədə razılığa gəlib.

Xəbəri "Mundo Deportivo" nəşri yayıb.

Flikin klubla yeni sözləşməsi bir il artırılma bəndi ilə 2029-cu ilin yayına qədər olacaq.

Almaniyalı mütəxəssis 2024-cü ilin yayından katalon klubunda çalışır.

Onun komandası hazırda ardıcıl ikinci La Liqa çempionluğuna doğru irəliləyir.