“Fənərbaxça”nın kapitanı Mert Hakan Yandaş ağır sanksiya ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) yaydığı rəsmi məlumata görə, 31 yaşlı futbolçu qanunsuz mərc oyunlarında iştirak etdiyi üçün yaşıl meydanlardan bir il müddətinə uzaqlaşdırılıb.
Qeyd edək ki, onun adı bir müddət əvvəl sözügedən qalmaqalda hallanmış, o, hətta məsələ ilə bağlı saxlanılsa da, sonradan azadlığa buraxılmışdı. TFF-nin bu son qərarı ilə Mert Hakanın karyerasında uzunmüddətli məcburi fasilə yaranıb.


