"Fənərbağça" klubunda keçiriləcək prezident seçkiləri öncəsi ilk namizəd bəlli olub.
Offsideplus.az xəbər verir ki, namizədliyini irəli sürən Mehmet Ali Aydınlar idman və iş dünyasının ən tanınmış simalarından biridir.
Namizədliyi ilə bağlı müzakirələr davam edərkən, onun keçmişi və fəaliyyəti yenidən gündəmə gəlib.
İş adamı və idman xadimi haqqında əsas faktlar bunlardır:
-
Səhiyyə Nəhənginin Qurucusu: Türkiyənin ən böyük özəl xəstəxanalar zənciri olan "Acıbadem Sağlıq Qrupu"nun qurucusu və İdarə Heyətinin sədridir.
-
Maddi İmkanı: Onun şəxsi sərvətinin təxminən 2 milyard dollar civarında olduğu bildirilir.
-
Federasiya Keçmişi: Türkiyə futbolunun ən gərgin dövrlərindən biri olan "3 İyul danışılmış oyunlar prosesi" zamanı Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti vəzifəsini icra edib.
-
Voleybolda Uğurları: 2007-2011-ci illər arasında "Fənərbaxça" qadın voleybol komandasının ana sponsoru olub və klubun bu sahədəki yüksəlişində böyük rol oynayıb.
-
Əvvəlki Seçkilər: 2013-cü ilin noyabrında keçirilən seçkilərdə Əziz Yıldırıma qarşı mübarizə aparsa da, məğlub olmuşdu.



