Azərbaycan cüdoçuları Tacikistanın paytaxtı Düşənbədə start götürən "Böyük Dəbilqə" turnirinin ilk gününü medalsız başa vurublar.

Offsideplus.az xəbər verir ki, bürünc medal qazanmağa yaxın olan Nizami İmranov (66 kq) həlledici qarşılaşmada Rusiya təmsilçisi German Kobetslə qarşılaşıb. Rəqibinə məğlub olan dmançımız yarışı beşinci pillədə yekunlaşdırıb.

Digər cüdoçularımız Murad Muradlı (60 kq) və İslam Rəhimov (66 kq) isə daha erkən mərhələlərdə məğlub olaraq medal qazanmaq şansını itiriblər.

Qeyd edək ki, turnir mayın 3-də yekunlaşacaq.