Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının 2026-cı ilin may ayı üçün yenilənmiş reytinq cədvəlini paylaşıb.
Offsideplus.az xəbər verir ki, ilk üç yeri güləşçilər tutub.
Siyahıda liderlik ötən ay Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında parlaq qələbə qazanaraq qızıl medala sahib olan yunan-roma güləşçisi Həsrət Cəfərova məxsusdur - 480 xal.
Giorgi Meşvildişvili (460 xal) ikinci pillədə qərarlaşıb. Qitə birinciliyində gümüş medal qazanan sərbəst güləşçi Arseniy Djioyev isə üçüncü yerin sahibidir.
İlk onluqda digər yerləri bu idmançılar tutub.
4. Zelim Kotsoyev (cüdo, 390 xal),
5. Elcan Hacıyev (cüdo, 370 xal)
6. Səidcəmşid Cəfərov (boks, 350 xal)
7. Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal)
8. Zelim Tçkayev (cüdo, 320 xal)
9. Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal)
10. Məhəmməd Əhmədiyev (yunan-Roma güləşi, 270 xal)


