PSJ-nin baş məşqçisi Luis Enrike Liqa 1-də "Loryan"la oyundan əvvəl keçirilən mətbuat konfransında Çempionlar Liqasının yarımfinalında "Bayern Münhen"ə qarşı baş tutan ilk matçla (5:4) bağlı mənfi fikirlərə reaksiya verib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis tənqidləri bu şəkildə cavablandırıb:

"Hər kəsin öz fikri var. Hər fikrə hörmət etməyin vacib olduğunu düşünmürəm, çünki əgər o fikir zibildirsə, ona hörmət etmək lazım deyil.

Belə futbolu bəyənən insanlar var və onlar çoxluq təşkil edir. Mən də onlardan biriyəm. Amma bəziləri belə futbolu bəyənmədi. Hesab edirəm ki, əksəriyyətin xoşuna gəldi, ən əsası da elə budur", – deyə Luis Enrike bildirib.