Azərbaycanın 17 yaşadək qızlardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda mübarizə aparan yığmamız Farer adaları seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma rəqib komandanın 6:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin bu görüşdəki yeganə qoluna 42-ci dəqiqədə Könül Hüseynova imza atıb.
Qeyd edək ki, U-17 millimiz qrupdakı əvvəlki oyunlarında Belçikaya (0:11) və Sloveniyaya (0:3) məğlub olmuşdu.


