Azərbaycan U-20 yığmasının yeni baş məşqçisi Ruy Jorj ictimaiyyətə təqdim olunub.

Offsideplus.az xəbər verir ki, mərasimdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev də iştirak edib.

Portuqaliyalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

O, həmyerlisi, Azərbaycam yığmasının sabiq baş məşqçisi Fernando Santuşla bağlı suala belə cavab verib:

"Bəli, həm Santuşla, həm də onun köməkçiləri təyinatımdan əvvəl söhbətləşmişəm. Onlar Azərbaycan barəsində yalnız xoş sözlər deyiblər.

Xeyr, onunla Azərbaycam futbolu barədə danışmamışam. O, əsas milli komandada çalışırdı. Mən isə U-20-ni çalışdıracam. Bu, tamamilə fərqlidir".

O, 18-20 yaşlı oyunçular daha çox oynaya bilsin deyə AFFA-ya hər hansı bir təklif edəcəksinizmi sualını isə belə cavavlandırıb:

"Hazırda bununla bağlı heç bir təklifim olmayıb. Bunu deyə bilərəm ki, oyunçuların inkişafı ilə bağlə klubların görəcəyi iş çox vacibdir. Bilirəm ki, Azərbaycan yığması Portuqaliya deyil. Burada çıxış edən futbolçular da Portuqaliya ilə eyni səviyyədə deyil".