II Liqada "Ayın qolu" layihəsi çərçivəsində fevral ayının ən gözəl qoluna imza atan "Ağstafa Gəncləri" klubunun futbolçusu Əli Bağırov mükafatlandırılıb.
Offsideplus.az xəbər verir ki, .bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Təqdimat mərasimi II Liqanın XVIII turu çərçivəsində keçirilən "Ağstafa Gəncləri" - "Şirvan" matçından öncə baş tutub.
Mükafatı futbolçuya Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.


