Azərbaycan U-20 yığmasının yeni baş məşqçisi Ruy Jorj ictimaiyyətə təqdim olunub.

Offsideplus.az xəbər verir ki, mərasimdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev da iştirak edib.

S. Hacıyev portuqaliyalı mütəxəssisi niyə seçdiklərini açıqlayıb:

"U-20 millisi Portuqaliya yığmasında böyük təcrübəsi olan Rui Jorjeyə tapşırılıb. Onun iki portuqaliyalı köməkçisi Azərbaycanda yaşayacaq, həmçinin yerli gənc məşqçilərdən biri də heyətə cəlb olunacaq. Əsas hədəf dünya çempionatında qrup mərhələsini uğurla keçmək və güclü rəqiblərlə başabaş mübarizə aparacaq komanda formalaşdırmaqdır".

AFFA rəsmisi milliləşdirmə mövzusunu da toxunub:

"Milliləşdirmə mövzusuna gəlincə, bu kütləvi xarakter daşımayacaq. Heyətə yalnız Azərbaycan əsilli və ya ölkəmizdə doğulub boya-başa çatan, millidə oynamağa böyük həvəsi olan futbolçular dəvət ediləcək".