Afrika çempionluğu əlindən alınan Seneqal yığmasının kapitanı Sadio Mane yaşananlarla bağlı sükutunu pozub.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu sosial media hesabında paylaşım edib:

"Baş verənlər çox uzağa getdi və həddini aşdı. Oyunda həddindən artıq korrupsiya var və bu, milyonlarla insanın bu gözəl oyuna olan ehtirasını öldürür. Futbolçular meydanda hər şeyini ortaya qoyur, lakin masa arxasında verilən qərarlar çempionu dəyişdirir. Təkcə Seneqal adına deyil, Afrika futbolu adına məyusluq yaşayıram. Azarkeşlər ədaləti və şəffaf idarəçiliyi haqq edirlər".

Qeyd edək ki, Afrika Futbol Konfederasiyası Seneqal - Mərakeş matçının (1:0) nəticəsini ləğv edib və Mərakeş çempion elan olunub.