"Zirə" Misli Premyer Liqasının XVIII turunda "Sabah"ı qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun komandası 4 oyundur qələbə qazana bilmir.

"Bayquşlar" isə əksinə ardıcıl 6 oyundur qələbə qazanır.

Onlar bu görüşdə də qələbə qazanaraq liderliyini möhkəmlətmək istəyir.

"Zirə" 29 xalla 5-ci, "Sabah" isə 40 xalla birinci yerdədir.

Tərəflər arasındakı ilk oyunda Valdas Dambrauskasın komandası 3:0 hesablı qalibiyyət əldə etmişdi.

Misli Premyer Liqası, XVIII tur

31 yanvar (şənbə)

17:00. “Zirə” - “Sabah”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Rəhman İmami

Zirə İdman Kompleksinin stadionu