"Fənərbağça" Sidiki Şerif transferini bitirmək üzrədir.
Offsideplus.az xəbər verir ki, futbolçu tibbi müayinədən keçmək üçün bu axşam İstanbula yollanacaq.
"Fənərbağça" 19 yaşlı forvard üçün "Anje" klubuna 4 milyona avro icarə haqqı ödəyəcək. Birbaşa satın alma qiyməti isə 18 milyon avro civarındadır.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.


