“Bu gün bizim bəzi oynaya bilməyən oyunçularımız var idi”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Absheron Lions"ın baş məşqçisi Erhan Tokerin "Sabah"la oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb: “Ceylon Şounun zədəsi var idi. Yoxluğu bizə çox təsir göstərdi. Saadettin Donat da oyun vaxtı zədəsi olduğunu bildirdi. Onu da istədiyimiz kimi oynada bilmədik. Bunun fonunda foulların bizim rotasiya imkanlarını pozması, oyunu baş-başa aparmağımıza imkam vermədi. "Sabah" çox güclü komandadır. Buna baxmayaraq mənə elə gəlir ki, biz yaxşı mübarizə apardıq. Hörməti haqq etdiyimizi düşünürəm”.
Qeyd edək ki, qarşılaşma "bayquşlar"ın 117: 96 hesablı qələbəsi ilə yekunlaşıb.


