Rafael Fiziyev UFC-də növbəti döyüşünə çıxacaq.
Offsideplus.az xəbər verir ki, onun budəfəki rəqibi braziliyalı Maurisio Ruffidir.
Döyüş UFC325 tədbiri çərçivəsində baş tutacaq və əsas kartın qarşılaşmalarından biri olacaq.
Döyüşün başlama vaxtı sabah səhər, Bakı vaxtı ilə saat 06:00-dan sonra olacaq.


