"Lənkəran” klubunda növbəti ayrılıq yaşanıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda amerikalı basketbolçu Bilal Şabaz ilə qarşılılı razılıq əsasında yolları ayırıb.
25 yaşlı basketbolçu mövsümün əvvəlində komandaya qoşulmuşdu.
Qeyd edək ki, bundan əvvəl komanda Ankit Çoudhari və Antoni Tseqekele ilə vidalaşıb. Əvəzində kanadalı Rahem Sullivan ilə güclənib.


