“Düzgün addımlar atacağıq”.

Offsideplus.az “NTV Spor”a istinadən xəbər verir ki, bu sözləri “Fənərbağça”nın prezidenti Sadettin Saran deyib.

O, komandanın əsas məqsədinin çempionluq olduğunu vurğulayıb:

“Bizim məsuliyyətimiz və hədəfimiz bəllidir — bu da çempionluqdur. Bir-birimizi incitmədən, yormadan yenidən eyni hədəfə baxmağı xatırlayırıq. Bu kürsü mənim deyil! Çempion olacağıq. Unutmayaq, sakit qalacağıq. Bir-birimizə güvənəcəyik və hamılıqla çempion olacağıq”.

Qeyd edək ki, 43 xalı olan "Fənərbaxça" turnir cədvəlinin ikincisidir. "Sarı-lacivərdlilər"i üç xalla qabaqlayan "Qalatasaray" siyahıya liderlik edir.