Azərbaycan Basketbol Liqasında (ABL) IX tura bu gün yekun vurulub.
Offsideplus.az xəbər verir ki, son gündə tək oyun baş tutub.
"Abşeron Lions" "Neftçi"ni qəbul edib.
"Sərhədçi" İdman Mərkəzində keçirilən görüşdə Erhan Tokerin komandası "ağ-qaralar"ı 88:72 hesabı ilə məğlub edib.
A qrupunda mübarizə aparan komandalardan "Abşeron Lions" 15 xalla 2-ci. 9 xala malik "Neftçi" isə 4-cü yerdədir.



