Merab Dvalishvili UFC-dən ona söz verildiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, gürcüstanlı döyüşçü bunları söyləyib:
"Petr Yan ilə döyüşdən dərhal sonra UFC mənə zəng etdi və birbaşa belə dedi:
"Vaxtın var, nə qədər istəyirsən dincəl, bərpa ol. Kəmər uğrunda mütləq döyüşəcəksən. Sadəcə nə vaxt geri qayıtmaq istədiyini bizə bildir".
Qeyd edək ki, Merab və Petr Yan indiyə qədər 2 dəfə döyüşüb və tərəflər hərəyə 1 qələbə qazanıb.
Onların arasında sonuncu qarşıdurma dekabrın 7-də baş tutub. P. Yan rəqibini məğlub edərək kəmərin sahibi olub.


