Almaniyanın aşağı liqasında mübarizə aparan "Pfortshaym" Türk Klubunun futbolçuları Türkiyəyə təlim-məşq toplanışına yollanarkən Ştutqart hava limanında saxlanılıblar.
Offsideplus.az xəbər verir ki, gömrük yoxlaması zamanı 29 futbolçunun üzərində ümumilikdə 215 min avro nağd pul aşkar edilib. Məlum olub ki, vəsait şübhə doğurmamaq üçün oyunçular arasında 4 min - 10 min avro aralığında bölüşdürülüb.
Ştutqart Baş Prokurorluğu cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması şübhəsi ilə araşdırmaya başlayıb. Futbolçular sərbəst buraxılsa da, hüquqi proses davam edir. Almaniya mətbuatı hadisə ilə bağlı klubun liqadan kənarlaşdırıla biləcəyini iddia edir.
Yekun qərar istintaqın nəticəsindən asılı olacaq.


