"Sabah"ın futbolçusu Timoteuş Puxaç sürətinə görə bir çox futbolçunu qabaqlayıb.
Offsideplus.az xəbər verir ki, polşalı cinah müdafiəçisi "Qarabağ"la matçda 36.2 km/saat maksimal sürətə imza atıb.
Bu barədə "hubertonews" məlumat yayıb.
O, bu sürətinə görə cari mövsüm həm İngiltərə Premyer Liqasında, həm də Bundesliqada 3-cü ən yaxşı nəticəyə malikdir.




