Avstraliya Qran-prisinin rəhbəri Trevis Old Yaxın Şərqdəki gərginlik səbəbindən yaranan uçuş xaosunun mövsümün açılış yarışına təsir etməyəcəyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, ABŞ və İsrailin İrana zərbələrindən sonra Dubay, Bəhreyn və Doha kimi əsas hava qovşaqlarında uçuşların ləngiməsi 1000-ə yaxın Formula 1 əməkdaşının planlarını pozub. Avropada məskunlaşan mühəndis, pilot və komanda rəhbərlərinin bir hissəsi üçün 3 xüsusi çarter reysi təşkil olunub.

T. Old bildirib ki, bütün texnika artıq Melburndadır və yarış heyəti həftəsonuna qədər tam tərkibdə "Albert Park"da olacaq.